Logo

ADPU-da voleybol yarışlarının qalibləri mükafatlandırılıb

12.05.2023 12:03 230 baxış
IMG

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə fakültə komandaları arasında keçirilən voleybol yarışları yekunlaşıb.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.

Bildirilib ki, yarışlarda universitetin 9 fakültəsi üzrə qızlar arasında 8 komanda, oğlanlar arasında 9 komanda iştirak edib.

Qızlararası yarışların finalında 1-ci yeri Fizika fakültəsi, 2-ci yeri Riyaziyyat fakültəsi, 3-cü yeri İbtidai təhsil fakültəsi qazanıb.

Oğlanlararası yarışlarda 1-ci yeri Tarix və coğrafiya fakültəsi tutub. İncəsənət və fiziki tərbiyə fakültəsinin komandası 2-ci yeri, Kimya və biologiya fakültəsinin komandası isə 3-cü yeri qazanıb.

Qalib komandalara kuboklar və medallar təqdim olunub.

Xəbər lenti