Regionlarda monitorinqlər aparılmaqla qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçaların müəyyən edilməsi təklif olunur.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.
Sənəddə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən regionlarda monitorinqlər aparılmaqla qəzalı vəziyyətdə olan məktəb və uşaq bağçalarının müəyyən edilməsi, yenidən qurulması və ya əsaslı təmir edilməsi üzrə tədbirlərin keçirilməsi təklif olunur.