Azərbaycan Mətbuat Şurası “fake news”ların qarşısını almaq üçün “TikTok”la əməkdaşlıq etmək niyyətindədir.
Şuradan "Tehsil.biz"ə verilən məlumata görə, bununla bağlı qurumda sosial şəbəkənin Azərbaycan ilə əlaqələndiricisi Emin Axundovla görüş keçirilib və müzakirələr aparılıb.
Müzakirələr zamanı dezinformasiyaların və "fake news"ların qarşısının alınması istiqamətində "Tiktok"un tətbiq etdiyi əks tədbirlər nəzərdən keçirilib, həmçinin "Tiktok"da cəmiyyətimiz üçün faydalı kontentin yaradılması haqda fikir mübadiləsi aparılıb.