Logo

Mingəçevir və Yevlaxda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair görüş keçirilib

13.05.2023 17:08 498 baxış
IMG

12 və 13 may tarixlərində Mingəçevir şəhəri və Yevlax rayonunun ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə rayon (şəhər) üzrə üzrə təhsil sektorunun müdiri və əməkdaşları və müəllimlər iştirak ediblər.

Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında məlumatlar verilib. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.

Görüşün sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti