Logo

"Musiqidə yaşayan Ulu Öndər” respublika mahnı müsabiqəsinin qalibləri açıqlandı - FOTO

13.05.2023 19:42 314 baxış
IMG

Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında təşkil olunan “Musiqidə yaşayan Ulu Öndər” respublika mahnı müsabiqəsinin yekun tədbiri keçirilib.

Uşaq-Gənclər İnkişaf Mərkəzindən verilən məlumata görə, tədbir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, qüdrətli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.

Müsabiqə 2 nominasiya - Heydər Əliyevə və müasir müstəqil Azərbaycana həsr olunmuş vətənpərvərlik mövzusunda bəstəkar mahnıları və Ulu Öndərin çox sevdiyi xalq mahnıları üzrə keçirilib. Müsabiqəyə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərindən 10-17 yaş üzrə 70 dərnək üzvü qoşulub. Münsiflər heyəti tərəfindən 12 nəfər qalib seçilərək I, II, III yerlərə layiq görülüb.

Tədbirin təltifetmə mərasimində qalib uşaqları münsiflər heyətinin üzvləri Azərbaycan Respublikasının Xalq artistləri Ağadadaş Ağayev və Gülyaz Məmmədova diplom və hədiyyələrlə təltif ediblər. Mərkəzin gənc vokalçılarının və rəqs kollektivlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş və vətənpərvərlik mövzusunda yazılmış mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.

Xəbər lenti