Logo

Ekspertdən karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı AÇIQLAMA

09.03.2021 15:58 1332 baxış
IMG

"Karantin qaydalarının sərtləşdirilməsi ölkə iqtisadiyyatı üçün heç bir şey vəd etmir".

 

Bu sözləri Tehsil.biz-ə açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi bildirib.

 

Onun sözlərinə görə, bu, əslində iqtisadiyyatımıza çox pis təsir göstərir:

 

"Bununla paralel olaraq təhsil sahələrinin qapadılması yoxa çıxmış təhsili ümumiyyətlə məhv etmək deməkdir. Bayram səbəbi ilə məktəblərlə yanaşı, rayon və şəhərlərarası gediş-gəlişin, eyni zamanda digər fəaliyyət sahələrinin qapanmaya getməsi doğru yanaşma deyil".

 

Elçin Əfəndi tədris ilinin yekunlaşmasına az zaman qaldığını, iki ay müddətdən ötrü onlayn sistemə keçidin də lazımsız olduğunu bildirib:

 

"Koronavirusa yoluxma daha çox müəyyən edilən məktəblərin qapadılması daha uyğun addım sayılır. Aprel ayında Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının keçiriləcəyini də nəzərə alsaq, tədrisin təxirə salınmasından danışmağa belə dəyməz".

 

Ekspertin fikrincə, yoluxma hallarının qeydə alınmasına baxmayaraq dərsləri davam etdirmək mümkün idi:

 

"Ötən il yoluxmanın az qeydə alındığı vaxtlarda tədris davam etsə də, indiki zamanda bu qədər yoluxma ilə dərslər bərpa edilir. Deməli, yoluxma qeydə alınsa da, dərsləri davam etdirmək müəyyən qaydalar çərçivəsində mümkün ola bilərdi".

Xəbər lenti