Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə "Tehsil.biz"ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 658 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 292 nəfər müalicə olunaraq sağalıb, 10 268 nəfər vəfat edib, aktiv xəstə sayı 98 nəfərdir.
Ölkədə son sutka ərzində 737, hazırkı dövrədək isə 7 604 359 test aparılıb.