Logo

AzTU basketbol komandası beynəlxalq basketbol turnirinin finalına yüksəldi - VİDEO

14.05.2023 23:37 310 baxış
IMG

Mayın 14-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin yarımfinal mərhələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, turnirin yarımfinal mərhələsində Azərbaycan Texniki Universitetinin (AzTU) basketbol komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyunda AzTU komandası 59:53 hesabı ilə qalib gəlib və finala yüksəlib.

Oyun müddətində AzTU basketbol komandasının rəqibdən üstün olması komandamızın fan klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub.

Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz.

Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər lenti