2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavr təhsili pilləsinə qəbul olmuş şəxslərin sənədlərinin qeydiyyat prosesi koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda həyata keçirilib. Qeydiyyat prosesi oktyabrın 7-də başa çatıb.
Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, qeydiyyatı uğurla tamamlayan abituriyentlər qeydiyyatının təsdiqlənməsi haqqında 2 iş günü ərzində e-poçt vasitəsilə bildiriş alacaqlar. Bildirişdə göstərilən tarixdə abituriyentlər universitetə gələrək tələb olunan sənədləri qəbul olduqları müvafiq fakültəyə təqdim etməlidirlər.