Logo

SDU tələbəsi: "Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə təşəkkür edirik"

09.03.2021 17:59 1024 baxış
IMG

Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk.

 

Türkiyə Respublikası ilə Ermənistan Respublikası arasındakı münasibətlər erməni soyqırımını tanımaq,Ermənistanın Qars müqaviləsini ratifikasiya etməkdən imtina etməsi və Türkiyənin Qarabağ münaqişəsində Azərbaycana dəstək verməsi ilə çətinləşir.1993-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyə-Ermənistan arasında 311 kilometr uzunluğa malik sərhəd bağlanıldı.Bu da,əlbəttə ki,Türkiyənin Azərbaycana qarşı göstərdiyi qardaşlıq rəmzi idi.

  

Bildiyimiz kimi Türkiyə Azərbaycana dəstəyini hələ o dövrdə torpaqlarımızın işğal olunduğu vaxtlardan göstərmişdir.Bu dəstəyin ardı 44 günlük Vətən müharibəsində də  davam etmişdir.İkinci Qarabağ müharibəsi başlandığı gündən Türkiyə açıq şəkildə öz mövqeyini bildirərək Azərbaycana mənəvi dəstək olmuşdur.44 günlük Vətən müharibəsində Azərbaycan ordusu öz gücünü təkcə Ermənistana deyil,bütün dünyaya göstərdi.’’Dəmir Yumruq’’ əməliyyatı nəticəsində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi,  Şanlı Zəfər çaldı.Və bu Şanlı Qələbənin nəticəsi olaraq ölkəmizdə “Zəfər Paradı keçrildi”.Hər zaman olduğu kimi qardaş Türkiyə həmin paradda da, Azərbaycanın yanında oldu.Paradda Azərbaycan hərbiçiləri ilə yanaşı bir qrup Türkiyə hərbiçiləridə iştirak etdi.Bu da bir daha göstərdi ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir.

  

Ermənilər 1920-ci ilin 10 avqustunda imzalanan və Türkiyə torpaqlarında Ermənistan yaradılmasını nəzərdə tutan Sevr müqaviləsini daim gündəmdə saxlayırlar. Misal üçün 12 avqust 2018-ci il tarixində erməni millətçilərinə məxsus saytların birində belə bir məqalə yayımlandı, məqalədə Sevr müqaviləsinin bərpa edilməsi və Türkiyənin Ərzurum,Trabzon,Van və Bitlis bölgələrinin Ermənistana verilməsinin vaxtının çatdığı haqda danışılırdı.Lakin bu, ermənilərin Türkiyə torpaqlarına iddiasının bir hissəsidir. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksel Gülbey danışır ki, erməni lobbisi Həmşin bölgəsində gizli fəaliyyət aparır.Hədəf Türkiyənin Qara Dəniz bölgəsinin Ermənistana verilməsidir.Bu məqsədlə ermənilər Qara dəniz bölgəsində gizli plan qururlar.Erməni lobbisi Türkiyədə 200 min olan Həmşinlilərin erməni olduğunu iddia edir.Erməni lobbisinin dəstəklədiyi bəzi yazarlar ,dərnəklər və araşdırmaçılar Həmşin xalqına erməni olduqlarını deyərək onları aldadır.Məqsəd Qərbi Anadoluda ərazi iddiası olan ermənilərin Qara dəniz bölgəsində də torpaq tələb etməsinə şərait yaratmaqdır.Ermənistan bu işğalçı siyasətindən əl çəkməlidir.Türkiyə kimi böyük bir dövlətlə ərazi iddiası aparmağın mənasız olduğunu anlamalıdır.  

 

Anar Güllərli
Sumqayıt Dövlət Universitetinin tələbəsi

Xəbər lenti