Logo

BDU-nun Elmi Kitabxanası elan edir

09.03.2021 18:06 1107 baxış
IMG

Rusiyanın İPR Media şirkəti Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinə IPRbooks elektron kitabxana sisteminin resurslarından 31.03.2021-ci il tarixinədək ödənişsiz istifadə imkanı təqdim edir. IPRbooks elektron kitabxana sistemi ali təhsil müəssisələrinin tədris istiqamətləri üzrə lisenziyalı tədris və elmi ədəbiyyatı, jurnalları, audio nəşrləri, video kursları, online testləri özündə birləşdirən tammətnli resurslar bazasıdır. Platformada 55 tematik istiqamət üzrə 120000-dən çox kitab var. Sistemə məhdudiyyətsiz, günün istənilən saatı istənilən elektron cihazdan uzaq məsafədən, hətta universitetdən kənar  www.iprbookshop.ru saytında şəxsi kabinetdən login və parolla və ya https://e-kitabxana.com/BSU/ səhifəsində tammətnli məlumat bazaları rubrikasından daxil olmaq mümkündür.

 

Qeyd: login - bsu.az, parol 3gxTheLT

 

Parol hamı üçün eynidir, sonra sistemdə qeydiyyatdan keçmək lazımdır.

Xəbər lenti