Logo

Nöqsanlara görə 22 məktəb direktoru, 19 bağça müdiri işdən çıxarılıb

16.05.2023 16:35 311 baxış
IMG

Bu ilin əvvəlindən 22 məktəb direktoru, 19 bağça müdiri işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Nazir həmçinin bildirib ki, uşaq bağçalarında tərbiyəçi müəllimlərin əməkhaqlarının diplomlara uyğunlaşdırılması prosesi getməlidir:

"Bağçalarda çalışan tərbiyəçi müəllimlərin təxminən 49 %-i bu sahə üzrə təhsil sənədi olmayanlardır. Əgər qanunvericiliyə edilən dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 minə yaxın pedaqoji heyətin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur".

Kənan Nağıbəyli

Xəbər lenti