Logo

Mehriban Ələkbərzadə kollektivə təqdim olundu - FOTO

16.05.2023 22:19 317 baxış
IMG

Mədəniyyət nazirinin müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Bədii rəhbəri təyin olunan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın kollektivinə təqdim olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrı məlumat yayıb.

Bildirilib ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov Mehriban Ələkbərzadəni təbrik edib, onun teatr fəaliyyətini yüksək qiymətləndirib, quruluş verdiyi səhnə əsərlərinə olan tamaşaçı marağından danışıb. 

Mehriban Ələkbərzadə göstərilən etimada görə təşəkkürünü bildirib. 

Teatrın kollektivi təqdimatı alqışlarla qarşılayıb. 

 

Xəbər lenti