Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Sadiq Qasımov Avropa İttifaqının rəsmi veb-səhifələrində boşluq aşkar edib.
Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.
Bildirilib ki, aşkarladığı boşluğu CERT-EU (The Computer Emergency Response Team for the EU institutions, bodies and agencies) saytına bildirən tələbə təsdiq cavabını alıb və bir müddət sonra məlumatlar saytın “Hall of Fame” hissəsində 2 dəfə paylaşılıb.
Bu məlumatla CERT-EU HoF: https://cert.europa.eu/hall-of-fame saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, Sadiq Qasımov bu yaxınlarda AzTU-da keçirilən kibertəhlükəsizlik üzrə CTF (Capture-The-Flag) yarışında birinci yerə layiq görülüb.