Logo

"Dünən normal adam ola bilməyən bu gün ekspert kimi kiməsə yol göstərir"

18.05.2023 13:25 363 baxış
IMG

"Tələbə vaxtı məni AzTV-yə çağırmışdılar, şeir oxuyacaqdım. Təqribən atalar, analar, oğullar motivində bir mövzu idi. Ataları ümumi obraz kimi Əli Zeynalov, anaları Məhluqə Sadıqova, oğulları isə mən canlandırırdım. Poema idi. Böyük adamlarla ilk səhnə təcrübəm idi".

Tehsil.biz xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.

O, səhnəyə çıxana qədər AzTV-də 8 nəfər tərəfindən yoxlanıldığını bildirib.

"Sonra öyrəndim ki, efirə çıxana qədər mənim ailəm belə yoxlanıb. Telestudiyada xüsusi şöbə var idi ki, onlar efirə çıxacaq adamların bütün şəcərəsini araşdırırdılar. Ona görə ki, bu adamı efirə buraxmaq olarmı? Camaatda onun efirə çıxması sual yaratmaz ki? Bəs indi? Dəhşət. Biabırçılıq".

Xalq artisti qeyd edib ki, televiziyada danışan adamın orada danışmaq üçün mənəvi hüququ olmalıdır:

"Dünən normal adam ola bilməyən bu gün ekspert kimi kiməsə yol göstərir. Camaat da baxır. Nə bilim?!"

Xəbər lenti