Logo

Buraxılış imtahanlarında 9 nəfərin nəticəsi ləğv olunub, bir nəfər 300 bal toplayıb

18.05.2023 17:04 235 baxış
IMG

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarında imtahanlarda iştirakı nəzərdə tutulan 48 065 nəfərdən 373 nəfər imtahana gəlməyib.

Tehsil.biz xəbər verir ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 9 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 1 nəfər – Naxçıvan Qarnizonunun tam orta məktəbinin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Xəbər lenti