Mayın 17-dən Bakı Slavyan Universitetində (BSU) Təhsil fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Liderlik məktəbi" təlimlərinə start verilib.
Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.
Qeyd olunub ki, 4 mərhələdən ibarət olan bu təlim 2 həftə ərzində, həftənin III və V günləri saat 11:30-dan 13:00-a qədər Heydər Əliyev mərkəzində baş tutacaq.
