Logo

AzTU-nun dekanı Bursa Texniki Universitetində mühazirə oxuyub - FOTO

18.05.2023 21:22 382 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov “Erasmus+ KA1” proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetinə (BTU) səfər edib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Nizami Poladov BTU-nun müvafiq fakültə və kafedralarında görüşlərdə iştirak edib, laboratoriyalarla tanış olub, həmçinin metallurgiya və materiallar mühəndisliyi ixtisasında təhsil alan tələbələrə mühazirə oxuyub.

Nizami Poladov hazırda BTU-da “Erasmus+” çərçivəsində təhsil alan AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin bakalavr tələbəsi İlqar Qənbərov və təcrübə keçən magistr tələbəsi Turiyyə Kərimova ilə görüşüb, onların fəaliyyəti ilə maraqlanıb. 

Xəbər lenti