Logo

Masallı məktəblisi bürünc medala layiq görülüb

18.05.2023 22:31 583 baxış
IMG

Masallı rayonu Mollaoba kənd B.Şiriyev adına tam orta məktəbin 8-ci sinif şagirdi Şıxəliyev Əliheydər Azər oğlu Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində bürünc medala layiq görülüb.

Tehsil.biz xəbər verir ki, sözügedən müsabiqə hər il dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdan ibarətdir.

Xəbər lenti