Logo

“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin II mərhələsi başlayıb

19.05.2023 10:36 203 baxış
IMG

BMT-nin Əhali Fondu (UNFPA) və Avropa İttifaqının (Aİ) dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin ikinci mərhələsinin icrasına başlanılıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, layihənin 2021-2022-ci illəri əhatə etmiş ilkin fazası çərçivəsində bir sıra fəaliyyətlər həyata keçirilib. Belə ki, I-V siniflərdə tətbiq olunan 7 dərslik komplekti genderə həssas prizmadan təhlil olunub, rəy və təkliflər verilib. Əlavə olaraq, nəşriyyat evləri, dərslik müəllifləri və ümumi təhsil müəssisələrinin pedaqoji və inzibati heyəti üçün tədris-təlim prosesində genderə həssas yanaşmanı təşviq etmək məqsədilə təlimçilərin təlimi (ToT) təşkil edilib. Bütün bunlarla yanaşı, məktəblərdə gender bərabərliyini qorumaq üçün Təhsil İnstitutu tərəfindən hazırlanan Məktəbin İnkişaf Planına (MİP) gender yönümlü məsələlər inteqrasiya olunub.

Layihənin cari mərhələsinin əsas məqsədi məzmunda və tədris-təlim prosesində gender bərabərliyini qorumaqla, eləcə də məktəblərdə genderə həssas mühit yaratmaqla Azərbaycanda ümumi təhsil müəssisələrində gender yönümlü yanaşmanın təşviqini təmin etməkdir.

İki komponentdən ibarət olan layihə çərçivəsində 60 dərslik müəllifi və mütəxəssislərin ümumi təhsil pilləsi üçün gender bərabərliyi üzrə məzmunun tərtib edilməsi bacarığının artırılması, 10 pilot məktəbdə pedaqoji və inzibati heyət, valideyn/qəyyum və şagirdlərlə təlim və görüşlər vasitəsilə həmin müəssisələrdə sistemli və hərtərəfli şəkildə genderə həssas yanaşmanın təşviq olunması nəzərdə tutulub. Ümumi təhsil müəssisələrində həyata keçiriləcək fəaliyyətlərə məktəb rəhbərliyi ilə, layihənin ilkin fazasında təkmilləşdirilmiş MİP-ə əsasən inzibati heyət və valideynlər/qəyyumlar və ya ailə üzvləri ilə görüş və təlimlər, məktəblərin pedaqoji heyəti və psixoloqları üçün təlimlər, həmçinin yenilənmiş “Əsas həyati bacarıqlar” proqramı vasitəsilə şagirdlərlə aparılacaq məşğələlər aiddir.

Xəbər lenti