Logo

MDU-da tədqiqat bacarıqlarının inkişafı ilə bağlı seminarlar davam edir - FOTO

19.05.2023 10:55 352 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçlığı ilə bu ali təhsil müəssisəsinin professor-müəllim heyəti üçün növbəti elmi-praktik seminarlar keçirilib.

Tehsil.biz xəbər verir ki, mayın 11-də MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev “Plagiatçılıq və onunla mübarizə”, mayın 12-də isə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq alimi Sinan Toklu “Elmi məqalənin yazılması: Türkiyə universitetlərinin təcrübəsi” mövzusunda məruzələrlə seminarlarda çıxış edib və iştirakçıların suallarını cavablandırıblar.

Qeyd edək ki, müvafiq mövzularda silsiləvi olaraq davam edən seminarlar universitetin akademik heyət üzvlərinin elmi fəaliyyətə marağının artırılması, müasir tələblərə uyğun məqalə yazma  və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır.

Xəbər lenti