Logo

Ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə monitorinqlərə başlanılıb

19.05.2023 11:06 185 baxış
IMG

Ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə Təhsil İnstitutu tərəfindən monitorinqlərə başlanılıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məqsəd respublika üzrə IV və V siniflərdə Azərbaycan dili (tədris dili və dövlət dili) və riyaziyyat, IV siniflərdə ingilis dili və VI siniflərdə təbiət fənni üzrə yeni hazırlanmış dərsliklərin istifadəsinin müşahidəsi, tədris zamanı ortaya çıxan çətinliklərin araşdırılması, pilot siniflərdə dərs deyən müəllimlərin yeni dərsliklərin məzmunu ilə bağlı irad və təkliflərin öyrənilməsi, həmin siniflərin şagirdlərinin dərslikdəki mövzuları mənimsəməsini yoxlamaqdır. Sonda monitorinqin nəticələri ehtiyat dərsliklərin təkmilləşdirilməsi məqsədilə təhlil olunacaq və müəllif komandasına göndəriləcək.

Monitorinqlər Bakı, Abşeron, Ağdaş, Mingəçevir, Gəncə, Quba, Şabran, Ağcabədi, Beyləqan, Füzuli, Astara, Daşkəsən, Şəki, Lənkəran, Masallı, İmişli, Kürdəmir, Yevlax, Ağsu və Xızının seçilmiş məktəblərini əhatə edir.

Xəbər lenti