Logo

BDU Masallının 3 məktəbinə kitablar hədiyyə edib

19.05.2023 19:01 452 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı, N.Həsənov adına Göyəçöl və Bədəlan kənd orta məktəblərinin hər birinə 246 adda 348 nüsxə  kitab hədiyyə edilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Hədiyyə olunan kitablar arasında BDU-nun öz nəşrləri, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, Universitet alimlərinin fəaliyyətini əks etdirən nəşrlər, bədii, tarixi, elmi əsərlər yer alıb.

Xəbər lenti