Logo

AzTU tələbələri sərbəst güləş üzrə açıq birincilikdə birinci yerə layiq görülüb

19.05.2023 20:03 312 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilib.

Tehsil.biz xbr verir ki, müxtəlif çəki dərəcələrində ümumilikdə 50 idmançının qatıldığı yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) üç tələbəsi birinci, beş tələbəsi ikinci, bir tələbəsi isə üçüncü yerə layiq görülüb. Qaliblərə diplom, medal və Milli Olimpiya Komitəsinin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, AzTU komanda hesabında 2-ci yerdə qərarlaşıb.

Xəbər lenti