Logo

BDU və Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib - FOTO

19.05.2023 21:38 266 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Tehsil.biz xəbər verir ki, aksiyada BDU-nun rektoru Elçin Babayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Universitetin professor-müəllim heyəti, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ağacəkmə tədbirinin keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir. Aksiya zamanı 100 ağac əkilib.

Xəbər lenti