Logo

AzTU-nun Energetika və avtomatika fakültəsinin tələbələri üçün ustad dərsi keçirilib

19.05.2023 23:14 459 baxış
IMG

Türkiyənin “Friterm” şirkətinin meneceri Hayati Can Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin üçüncü kurs tələbələri üçün “İstilik dəyişdiricilər” mövzusunda ustad dərsi keçib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Dərsdə hava istilik dəyişdiricilər, hava soyuducular, quru soyuducular, su-buxar hava qızdırıcıları və kondisionerlər barədə məlumat verilib.

Eyni zamanda kondisioner, isitmə sistemləri və soyuducu qurğular istehsal edən “Friterm” şirkətinin müasir texniki avadanlıqları haqqında məlumatlar da tələbələrin diqqətinə çatdırılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti