Logo

Tarix İnstitutu vakansiya elan edir

20.05.2023 09:23 591 baxış
IMG

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu tarixin nəzəriyyəsi, Azərbaycanın qədim dövr tarixi, Albaniya və Atropatena dövlətləri, VII-IX, IX-XI və XIII-XIV əsrlər tarixinin öyrənilməsi üzrə kadr potensialını gücləndirmək məqsədilə bu dövrlər üzrə elmi araşdırmalara marağı olan bakalavr və magistrləri işə dəvət edir.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, müraciət edənlər çalışmaq istədikləri problem və ya dövrün tarixi qaynaqları, həmçinin xarici tarixşünaslıq üzərində işləmək üçün dil hazırlığına (ərəb, fars, ingilis və rus dillərindən biri ola bilər) malik olmalıdır. İmkan daxilində dünyanın müvafiq elmi mərkəzlərində mixi yazıların, qədim fars (pəhləvi) və qədim erməni (qrabar) dillərinin öyrənilməsinin təşkili də nəzərdə tutulur.

İşə qəbul institutun mütəxəssislərindən təşkil ediləcək müsahibə komissiyası vasitəsilə həyata keçiriləcək.

Müraciətlər iyunun 20-dək qəbul ediləcək.

Ətraflı məlumatı institutun saytından əldə etmək olar.

Xəbər lenti