Logo

Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

20.05.2023 11:00 727 baxış
IMG

Mayın 20-də Bakı şəhəri ilə yanaşı bir sıra bölgələrdə, ümumilikdə 33 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib. 

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, şagirdlər 26 maydan etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası ümumtəhsil müəssisələrinin V sinif, Məktəblilərarası fənn müsabiqələri isə VI,VII sinif şagirdləri arasında təşkil olunur.

Xəbər lenti