Logo

“Gənc İstedadlar” liseyində “İngilis dili gecəsi” keçirilib

20.05.2023 13:39 263 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc İstedadlar” liseyində ingilis dili müəllimi Fəridə Əkbərovanın təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İngilis dili gecəsi” keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən liseyin direktoru Arif Bağırov dahi şəxsiyyət Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və tərəqqisində müstəsna xidmətlərini vurğulayıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan A.Bağırov Ümummilli Liderin elmin, təhsilin inkişafına daim xüsusi önəm verdiyini xatırladıb.

Çıxış edən müəllimlər müdrik rəhbər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Sonra şagirdlərin ifasında ingilis dilində ədəbi-bədii kompozisiyalar və rəqslər təqdim edilib.

Xəbər lenti