Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.
Qeyd olunub ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb.
Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.