Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üçün İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin vətəndaşlarına təqaüd proqramı elan edib.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.
Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üçün nəzərdə tutulub.
Təqaüd proqramına müraciət üçün son tarix 30 iyun 2023-cü ildir.
Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.