Logo

Kürdəmirdə sertifikasiya prosesinə hazırlıq məqsədi ilə sınaq imtahanı təşkil olunub

21.05.2023 15:49 509 baxış
IMG

Mayın 21-də Kürdəmir şəhəri T.İsmayılov adına tam orta məktəbdə rayonun ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinə  sınaq imtahanı təşkil olunub.

Tehsil.biz xəbər verir ki, sınaq imtahanında 240 nəfər ibtidai sinif müəllimi iştirak edib.

Sınaq imtahanının keçirilməsində məqsəd sertifikatlaşdırılma imtahanlarına hazırlaşan müəllimlərə dəstək, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə hazırlıq məqsədilə keçirilən sınaq imtahanlarının digər şəhər və rayonlarda təşkili nəzərdə tutulur.

Xəbər lenti