Logo

22-24 may tarixlərində geomaqnit qasırğası gözlənilir

22.05.2023 10:04 309 baxış
IMG

Mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib.

Bu barədə "Tehsil.biz"ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Qeyd edilib ki, yaranan tac atılmaları və tac dəliklərindən çıxan yüksək sürətli axınlar səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.

“Mayın 22-də geomaqnit şəraitin stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq”, - məlumatda vurğulanır.

Xəbər lenti