Logo

Şahmatçılarımızdan Avropa çempionatında yüksək nəticə - FOTO

22.05.2023 15:20 305 baxış
IMG

11-22 may tarixlərində Albaniyanın Durres şəhərində məktəblilərin Avropa çempionatı keçirilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildiriib ki, 25 ölkədən 208 şahmatçının iştirak etdiyi yarışa Azərbaycan yığma komandası 21 idmançı ilə qatılıb.

Yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Aqil İsrailov I yeri, Gəncə şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səadət Bəşirli II yeri, Sumqayıt şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Nurtən Nuriyeva isə III yeri tutub.

Qeyd edək ki, Azərbaycan yığma komandasının tərkibində çıxış edən 21 nəfərdən 16-sı Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır.

Xəbər lenti