Logo

Məktəblilər üçün “Açıq qapı” günləri keçirilir - FOTO

22.05.2023 16:49 235 baxış
IMG

Mədəniyyət Nazirliyinin göstərişi ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Heydər Əliyev İli” və Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-dən 25-dək məktəblilər üçün “Açıq qapı” günləri keçirilir.

Bu barədə "Tehsil.biz"ə Ədəbiyyat Muzeyindən məlumat verilib.

Bildirilib ki, muzeyi ziyarət edən şagirdlər arasında Bakı üzrə məktəblərlə yanaşı, şəhərətrafı qəsəbələrdə yerləşən təhsil müəssisələrindən də şagirdlər üstünlük təşkil edir.

Qeyd edək ki, bu təşəbbüs 2015-ci ildən etibarən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti