18-19 may tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Baku Marriott Boulevard Hoteldə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forum baş tutub.
Tehsil.biz xəbər verir ki, xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin önəmi, maraqlı tərəflərin xarici keyfiyyət təminatı prosesində iştirakı məsələlərinin müzakirəsi, həmçinin, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi prosesindən bəhs edən Forumda "Tədris və keyfiyyətin təminatı şöbəsi"nin müdiri Pərvin Məmmədova da iştirak edib.

Həmçinin oxuyun: AƏSMA-nın Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri təltif olunub - FOTO