Logo

“Almaniyada təqaüdlü təhsil və tədqiqat imkanları” mövzusunda məlumatlandırma sessiyası keçirilib

23.05.2023 09:52 349 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) doktorantlar və akademik heyət üçün növbəti məlumatlandırma sessiyası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

“Almaniyada təqaüdlü təhsil və tədqiqat imkanları” mövzusunda təşkil olunan infosessiyada DAAD-nin AzTU-da alman dilinin tədrisinə cəlb olunan müəllimi Klaudio Kasperl çıxış edib. O, DAAD-nin doktorantura səviyyəsində təqaüd proqramları, habelə akademik heyət üçün tədqiqat imkanları, müraciət üçün şərtlər, tələb olunan sənədlər toplusu və seçim meyarları barədə ətraflı məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti