Logo

UFAZ-da yaz imtahan sessiyası başlayıb

23.05.2023 15:38 74 baxış
IMG

Mayın 22-dən etibarən Azərbaycan-Fransız Universitetinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələrin yaz imtahanlarına start verilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

İmtahanlar 2 həftə davam edəcək və 2 iyun 2023-cü il tarixinədək başa çatdırılması planlaşdırılır.

UFAZ-da bakalavr pilləsi üzrə 4, magistratura pilləsi üzrə isə 3 ixtisas var. İmtahanlarda bakalavriat pilləsində ümumilikdə 573, magistratura pilləsində isə 98 tələbə iştirak edir. Bütün imtahan otaqlarına 2 və ya 3 müəllim nəzarət edir.

İmtahan sualları fənn müəllimlərindən ibarət xüsusi qrup tərəfindən tərtib edilmişdir. İmtahan vərəqələri yoxlanıldıqdan sonra yekun qərar üçün Strasburq Universitetinin ekspertlərindən ibarət jüri heyətinə təqdim olunacaq və qiymətlər daha sonra tələbələrə elan ediləcək.

Xəbər lenti