Logo

Azərbaycanda direktor koronavirusa yoluxdu: Daha iki məktəb bağlandı

10.03.2021 13:01 964 baxış
IMG

Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

 

Oxu.Az-ın əldə etdiyi məlumatına görə, Şəki şəhər 9 nömrəli tam orta məktəb və Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə koronavirus xəstəliyinin (COVID-19) yayılması ilə bağlı dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

 

Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbin direktoru və direktor müavini koronavirusa yoluxub.

 

Bu səbəbdən məktəblərdə 14 gün müddətinə karantinə bağlanıb.

 

Şəki Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.

 

Qeyd edək ki, bu gün Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə də dərslərin distant formada keçirilməsi qərara alınıb.

Xəbər lenti