Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbin 11Ç sinfinin jurnalı itib.
"Tehsil.biz"ə daxil olan məlumata görə, məktəb direktoru sinif jurnalının itməsini ört-basdır edərək məsələni Abşeron-Xızı Regional Təhsil İdarəsindən gizlədir.
Məsuliyyəti həmin sinifdə oxuyan şagirdlərin üzərinə atan məktəb direktoru jurnalı şagirdlərin itirdiyini iddia edir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır, ətraflı məlumat veriləcək.
Kənan Nağıbəyl