Logo

Qeyri-islam dini icmaların nümayəndələri Xudavəng monastırını ziyarət ediblər - FOTO

23.05.2023 17:44 240 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi dini icmasının və qeyri-islam dini icmaların nümayəndələri Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə komitədən məlumat verilib.

İcma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, dualar oxuyub, şamlar yandırıblar.

Qeyd edək ki, Kəlbəcərin Vəng kəndindəki Xudavəng bölgənin ən böyük alban məbədi və əhəmiyyətli memarlıq abidəsidir. Məbədin əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaradılmış Alban Xaçın Knyazlığının dini mərkəzi olaraq qalıb. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib.

Xəbər lenti