Logo

ADPU ilə Bahçeşehir Universiteti arasında memorandum imzalanıb - FOTO

23.05.2023 19:42 276 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Bahçeşehir Universitetinin nümayəndə heyəti ilə görüş olub.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.

ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Bahçeşehir Universitetinin rektoru professor Şirin Karadeniz Oran və digər nümayəndələrin iştirak etdikləri görüşdə cəmiyyətin inkişafında təhsilin mühüm rolu vurğulanıb, universitetlər arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonra rektorlar C.Cəfərov və Ş.K.Oran iki ali məktəb arasında əməkdaşlığa dair memorandum imzalayıblar.

Xəbər lenti