Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq 3x3 tələbə qızlar arasında basketbol üzrə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) birinciliyi keçirilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə İdman Kompleksində gərgin mübarizə şəraitində keçirilən birincilikdə qızlardan ibarət 4 komanda yarışıb. Yarışda Memarlıq fakültəsinin 2 komandası (Memarlıq 1, Memarlıq 2), İnşaat 1 və Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsindən 1 komanda qatılıb.
Yarımfinalda Memarlıq 1 komandası Memarlıq 2 komandası ilə üz-üzə gəlib. Finalda Memarlıq 1 və İnşaat fakültəsi qarşılaşıb. Yekunda Memarlıq 1 komandası turnirin qalibi olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İnşaat fakültəsi II , Memarlıq 2 komandası III yerləri bölüşüb.
Qaliblər diplom və kuboklarla mükafatlandırılıb.