Logo

ADU Şimali Qafqaz Federal Universiteti ilə yeni əlaqələr qurur

24.05.2023 12:15 247 baxış
IMG

"Rusiyada fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrimiz mövcuddur. İnanıram ki, Şimali Qafqaz Federal Universiteti ilə də yüksək səviyyədə əməkdaşlığımız olacaq. Şimali Qafqaz Federal Universitetində Azərbaycan dili mərkəzinin fəaliyyət imkanlarını birlikdə dəyərləndirə bilərik. Bu, əməkdaşlığımıza müsbət təsir göstərməklə yanaşı, əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verə bilər".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitriy Nikolayeviç ilə görüşü zamanı səsləndirib. Qeyd olunub ki, ADU-da müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir, müəllim və tələbələr bu mərkəzlərdə öz bilik və bacarıqlarını artırırlar. Bildirilib ki, universitetlər arasında əməkdaşlığın perspektivləri və inkişafı baxımından kifayət qədər əlverişli imkanlar mövcuddur.

Şimali Qafqaz Federal Universitetinin rektoru ADU ilə əməkdaşlıq imkanlarını müsbət dəyərləndirib. Qeyd edilib ki, Azərbaycanda rus dilinə olan diqqət özünü bütün sahələrdə yüksək səviyyədə göstərir.

Görüş əməkdaşlığın yeni perspektivləri ətrafında müzakirələrlə davam edib.

Xəbər lenti