İndiyə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 4 məktəb distant təhsilə keçib.
Bu barədə BŞTİ-nin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov APA-nın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, həmin məktəblərin ikisində yenidən əyani dərslər bərpa olunub: "Koronavirus səbəbindən distant təhsilə keçən 82 və 106 nömrəli məktəblərdə əyani təhsil bərpa edilib".