Logo

BDU-da Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri ilə görüş olub

24.05.2023 21:27 304 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri, Vyetnamın Audit Palatasının sədr müavini Dang The Vinhlə görüşüb. Azərbaycanda səfərdə olan qonaq eyni zamanda BDU-nun Hüquq fakültəsinin məzunudur.

Tehsil.biz xəbər verir ki, rektor Elçin Babayev BDU məzunlarının Universitetin şərəfli tarixinin bir parçası olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanla Vyetnam dost ölkələr sayılır, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin inkişaf etdirilməsində təhsil, elm əlaqələri xüsusi önəm daşıyır. Rektor iki ölkə arasında münasibətlərin inkişafında Azərbaycanda və Vyetnamda təhsil almış məzunların da rolunun olduğunu bildirib.

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri, Vyetnamın Audit Palatasının sədr müavini Dang The Vinh görüşə görə təşəkkürünü bildirib, tələbəlik illərini xatırlayıb. O qeyd edib ki, indiyədək 4000-dək vyetnamlı Azərbaycanda təhsil alıb. Rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyəti barədə məlumat verən qonaq rektor Elçin Babayevi Vyetnama dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Xəbər lenti