Logo

ADU tələbələri İndoneziyanın Azərbaycandakı Səfirliyində istehsalat təcrübəsi keçiblər - FOTO

24.05.2023 22:15 417 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin IV kurs tələbələri- Xansu Abasquluzadə və Ayxan Əlibəyli İndoneziya Respublikasının Azərbaycandakı Səfirliyində istehsalat təcrübəsi keçiblər.

Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib.

Bildirilib ki, jstehsalat təcrübəsi müddətində təcrübəçilər Səfirliyin fəaliyyəti ilə yaxından tanış olub, onlara verilmiş tapşırıqları yerinə yetiriblər.

Xansu Abasquluzadə “Azərbaycan-İndoneziya münasibətləri: sosial-mədəni əməkdaşlıqda imkanlar və problemlər”, Ayxan Əlibəyli “Azərbaycanın Cənubi Qafqaz regionunda iqtisadi fürsətləri və çətinlikləri” mövzusunda tədqiqat işi aparıblar.

Bundan əlavə, onlar Azərbaycan mətbuatında Azərbaycan-İndoneziya münasibətlərinə aid məlumat toplayıblar.

İstehsalat təcrübəsinin sonunda Xansu Abasquluzadə və Ayxan Əlibəyliyə uğurla bitirdiklərinə görə sertifikat və xasiyyətnamə təqdim edilib.

Xəbər lenti