Logo

Türkiyənin Gəncədəki Baş konsulu Gəncədə təhsil alan türkiyəli tələbələrlə görüşüb - FOTO

25.05.2023 09:48 194 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) rəhbərliyinin təşəbbüsü ilə Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop ilə burada təhsil alan türkiyəli tələbələr arasında keçirilib.

ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə universitet rəhbərliyi və professor-müəllim heyəti də iştirak edib.

Görüşün məqsədi qardaş ölkədən təhsil almaq üçün gələn tələbələrin sosial-məişət şəraiti, imtahan prosesi və digər məsələlərlə bağlı fikir və təkliflərini dinləmək olub.

Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov türk tələbələrlə görüşlərin mütəmadi keçirildiyini bildirərək bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Baş konsul Rəcəb Öztop yaradılan şərait üçün minnətdarlığını ifadə edərək, tələbələrə gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssisi olmaq üçün çox çalışmağı tövsiyə edib.

Sonra tələbələrin fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Xəbər lenti