Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan 50-dən çox gənc üçün Xəzər Media Mərkəzinin İnformasiya departamentinin şef redaktoru Nəcəf Həsənovun iştirakı ilə şəbəkələşmə tədbiri keçirilib.
Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Nəcəf Həsənov televiziya və jurnalistika sahəsində olan təcrübəsindən danışıb, xəbərin hazırlanması, mediada obyektivliyin təmin olunması, müxtəlif situasiyalarda davranış qaydaları, müsahibənin aparılması prosesi haqqında gənclərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.