Logo

AzMİU tələbələrinin “Baxaq və düşünək” adlı sərgisi açılıb - FOTO

25.05.2023 11:42 272 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin tələbələrinin “Baxaq və düşünək” adlı sərgisi açılıb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimləri Lalə Əzimova və İlqar Əliyevin tələbələrinin əl işlərinin yer aldığı sərgidə 40-a yaxın rəsm nümayiş olunub.

Tələbələr əl işlərini sərgi iştirakçılarına təqdim ediblər. Gestalt prinsipi üzərində hazırlanan hər bir rəsm sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Çıxış edənlər şəhərsalma ixtisasında təhsil alan tələbələrin rəsmlərini yüksək qiymətləndirib, sərginin davamlı olmasını arzulayıblar.

Xəbər lenti